Azərbaycan neftçilərinin orta aylıq pensiya məbləği açıqlanıb

Azərbaycan neftçilərinin orta aylıq pensiya məbləği açıqlanıb
# 18 sentyabr 2015 08:02 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 2001-ci ildən “Neftçilər günü” elan edilən 20 sentyabr hər il Azərbaycanda neftçilərin peşə bayramı kimi qeyd olunur.

Dövlət Sosial Müdafiə Fondundan "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında davam etdirilən uğurlu neft strategiyası ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın hərtərəfli inkişafında, əhalinin sosial rifahının gücləndirilməsində mühüm rol oynayıb. Ölkəmizdə neftçilərin əməyi yüksək dövlət qayğısı ilə əhatə olunub və bunun əyani göstəricilərindən biri də onların pensiya təminatı ilə bağlıdır. Belə ki, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar güzəştli şərtlərlə erkən pensiyaya çıxmaq hüququ qazanırlar. Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 370,8 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 26,8 min nəfərdən artıqdır.

SOCAR ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır. SOCAR fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, eləcə də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında xüsusi çəkiyə malikdir. 2015-ci ilin 8 ayı ərzində SOCAR tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 89 mln. manatdan çox məcburi dövlət sosial sığorta haqqı ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR