Çində kömür mədənində baş vermiş yanğın nəticəsində 22 nəfər yerin altında qalıb

Çində kömür mədənində baş vermiş yanğın nəticəsində 22 nəfər yerin altında qalıb
# 21 noyabr 2015 03:54 (UTC +04:00)

Bakı-APA. Çinin cənub-şərqində yerləşən Heylunzyan əyalətində kömür mədənində baş verən yanğın nəticəsində 22 nəfər yerin altında köməksiz vəziyyətdə qalıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, mədən “Heilongjiang Longmay Mining Holding Group” şirkətinə məxsusdur.

Hazırda hadisənin baş verdiyi ərazidə xilasetmə işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR