Türkiyədə sutka ərzində 16 PKK terrorçusu öldürülüb

Türkiyədə sutka ərzində 16 PKK terrorçusu öldürülüb
# 19 aprel 2016 23:47 (UTC +04:00)

Bakı-APA. Türkiyənin cənub şərqində sutka ərzində 16 PKK terrorçusu öldürülüb. APA-nın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

“Sutka ərzində Nüsaybində 7, Şirnakda və Silopidə – 4, Yüksəkovada – 5 PKK terrorçusu məhv edilib. Antiterror əməliyyatı dövründə bu rayonlarda, ümumilikdə, 680-dən çox PKK terrorçusu öldürülüb”, - deyə məlumatda qeyd olunub.

Əməliyyat zamanı kustar üsulla hazırlanmış partladıcı qurğular, əl qumbaraları, qumbaraatanlar, avtomat silahlar və çoxlu sayda döyüş sursatı götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR