Moskvada tələbə yataqxanasında yanğın olub, 6 nəfər xəsarət alıb

Moskvada tələbə yataqxanasında yanğın olub, 6 nəfər xəsarət alıb
# 21 aprel 2016 03:10 (UTC +04:00)

Bakı-APA. Moskva Aviasiya İnstitutunun yataqxanasında yanğın baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Onlar yanğın zamanı binanın eyvandan tullanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yanğın qısa müddətdə yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin başvermə səbəbləri və yaralıların şəxsiyyəti müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR