Sabah Nərimanov rayonunun bir neçə hissəsində suyun verilişində məhdudiyyətlər olacaq

Sabah Nərimanov rayonunun bir neçə hissəsində suyun verilişində məhdudiyyətlər olacaq
# 17 noyabr 2015 14:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sabah, 18 noyabr tarixində gün ərzində Nərimanov rayonunun Ə.Rəcəbli, A.Neymətulla, Y.V.Çəmənzəminli, F.Xoyski, F.Yusifov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, məhdudiyyətə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin çıxış kollektorundan Ceyranbatan-Binəqədi magistral su kəmərinə birləşmənin verilməsi səbəb olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR