Çin yuanı yenidən devalvasiyaya uğrayıb

Çin yuanı yenidən devalvasiyaya uğrayıb
# 14 dekabr 2015 07:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Çinin milli valyutası olan yuan yenidən devalvasiya uğrayıb.

"APA-Economics" Lent.ru portalına istinadən xəbər verir ki, bu gün Çin Xalq Bankı yenidən yuanın ABŞ dollarına qarşı rəsmi məzənnəsini azaldıb. Belə ki, yuan 137 bənd azalaraq 1 ABŞ dollarına qarşı 6,4495 yuan təşkil edib.

Qeyd edək ki, bundan əvvəl yuanın devalvasiyası dekabrın 10-da baş verib. Həmin vaxt Çinin milli valyutasının ABŞ dollarına qarşı məzənnəsi 6,42 yuana bərabər olub.

Ümumiyyətlə, bu il ərzində Çin Xalq Bankı ilk dəfə avqustun 11-də yuanın devalvasiyası ilə bağlı qərar qəbul edib. Bundan sonra üç gün ərzində Çinin milli valyutası dolara nisbətdə 4,6% ucuzlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR