Nazir: "Azəristiliktəchizat" və "Azəriqaz" borcu yenidən hesablamalıdır"

Nazir: "Azəristiliktəchizat" və "Azəriqaz" borcu yenidən hesablamalıdır"
# 27 noyabr 2015 10:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Energetika naziri Natiq Əliyev "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə borcunun olması və bunu nəticəsində əhalinin istilik enerjisi ilə təminatında yaranan problemə münasibət bildirib.

"APA-Economics"in məlumatına görə, nazir bildirib ki, yaranmış borc yenidən hesablanmalıdır: "Bu, iki subyekt arasında olan mübahisədir. İki qurum borcu hesablamalıdır. Problem sözlə həll edilməməlidir. Bunların uçotu var, təsdiq olunmuş sənədləri var, borc haqqında mühasibat sənədləri mövcuddur. Təkrar edirəm, hər iki qurum bu məsələni özləri həll etməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR