Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Azərbaycana səfərə gəlib

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Azərbaycana səfərə gəlib
# 07 fevral 2016 18:31 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kreven Azərbaycana səfərə gəlib.

Azərbaycan Milli Paralimpiya Komitəsindən APA-ya verilən məlumata görə, onu Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse prezidenti Entoni Seynsburi müşayiət edir.

Səfər Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi tədbirlərində iştirak etmək məqsədi daşıyır.

Səfər çərçivəsində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Ser Filip Krevenlə görüşüb və ölkədə Paralimpiya hərəkatının inkişafı sahəsində görülmüş işlər barədə geniş məlumat verib.

Görüşdə Beynəlxalq Paralimpiya Komitəsi ilə Azərbaycan Milli Paralimpiya Komitəsi arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi sahəsində müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR