Efiopiyada Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib

Efiopiyada Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib
# 12 dekabr 2015 13:47 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, səfir Elman Abdullayev Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri haqqında qonaqlara məlumat verib.

Ümummilli lider Heydər Əliyevin həm SSRİ rəhbərliyində həm də Azərbaycanda hakimiyyətdə olduğu dövrdə ölkəmizin inkişafı, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi və Azərbaycanın dünyada nüfuzunun gücləndirilməsi üçün tarixi rolunu qeyd edən səfir ulu öndərin hər zaman xalqının yanında olduğunu vurğulayıb.

Daha sonra tədbirdə çıxış edən jurnalist Araya Getaço Azərbaycana səfərindən, Ermənistanın ölkəmizə qarşı təcavüzü barədə danışıb. A. Getaço Heydər Əliyev Fondunun fəaliyyəti barədə bəhs edərək, bu fondun Heydər Əliyev irsinin gələcək nəsillərə ötürülməsindəki rolunu qeyd edib.

Anım mərasimində Heydər Əliyevin həyat və fəaliyyəti barədə film nümayiş etdirilib.

Tədbirdə Efiopiyanın baş nazirinin müşaviri Dr.Fasil Nahom, Efiopiya Diplomatik İnstitutunun direktoru, Efiopiyanın aparıcı mətbuat orqanlarının rəhbərləri, Efiopiyanın mədəniyyət sahəsinin nümayəndələri və müxtəlif jurnalistlər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR