Azərbaycan əhalisinin ət və süd məhsullarına olan tələbatının tamamilə yerli istehsal hesabına ödənilməsi müzakirə olunub

Azərbaycan əhalisinin ət və süd məhsullarına olan tələbatının tamamilə yerli istehsal hesabına ödənilməsi müzakirə olunub
# 19 yanvar 2016 15:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İqtisadiyyat Nazirliyində müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələri ilə görüşlər keçirilir, onların təklifləri dinlənilir.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, növbəti belə görüş bu gün ət və süd məhsulları istehsalı sahəsində fəaliyyət göstərən 15 istehsalçı müəssisə nümayəndələrinin iştirakı ilə keçirilib.

Tədbirdə ət və süd məhsulları istehsalı sahəsinin inkişafı, bu məhsullara olan tələbatın tamamilə yerli istehsal hesabına təmin edilməsi, yeni istehsal və emal müəssisələrinin yaradılması imkanları və istehsalçıları maraqlandıran məsələlər barədə müzakirələr aparılıb.

Müəssisələrin nümayəndələri yerli məhsulların maya dəyərinə təsir edən əsas amillər - yem komponentləri, qablaşdırma və emal prosesində istifadə olunan materialların və istehsal təyinatlı avadanlıqların idxalına güzəştlərin tətbiq edilməsi, ölkədə yem istehsalı üçün əlavə əkinə yararlı torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi, yerli istehsalın dəstəklənməsinin gücləndirilməsi və s. barədə təkliflər səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR