Lüksemburqun baş naziri: Türkiyə vizaların ləğvinə dair 72 tələbdən 35-ni icra edib

Lüksemburqun baş naziri: Türkiyə vizaların ləğvinə dair 72 tələbdən 35-ni icra edib
# 17 mart 2016 19:17 (UTC +04:00)

Bakı-APA. Türkiyə vizaların ləğvi ilə bağlı 72 tələbdən 35-ni icra edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Lüksemburqun baş naziri Ksavye Bettel Brüsseldə miqrasiya problemi ilə bağlı keçiriləcək sammit ərəfəsində bildirib.

“Qərar bütün tələblərin icrasından asılı olacaq”, - deyə o əlavə edib. Qeyd edək ki, viza rejiminin ləğvi məsələsi Türkiyə ilə miqrant axınının məhdudlaşdırılmasına dair əldə olunan sazişdə yer almış şərtlərdən biridir.

Qeyd edək ki, 17-18 mart tarixlərində Brüsseldə miqrasiya problemi ilə bağlı Aİ ölkələrinin liderlərinin sammiti keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR