Kuba və ABŞ mobil operatorları arasında ilk dəfə olaraq birbaşa rouminq haqqında saziş imzalanıb

Kuba və ABŞ mobil operatorları arasında ilk dəfə olaraq birbaşa rouminq haqqında saziş imzalanıb
# 03 noyabr 2015 03:52 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saziş Kubanın “Etecsa” və ABŞ-ın “Sprint” mobil operatorları arasında imzalanıb. “Sprint” şirkətinin prezidenti Marselo Klaure bildirib ki, xidmət yaxın bir neçə həftə ərzində göstərilməyə başlanacaq.

Meksikanın “El Universal” nəşrinin məlumatına görə, “Sprint” mobil operatorun 60 milyonadək abonenti “Etecsa” şəbəkəsinə zəng vura və qəbul edə biləcək, SMS və digər məlumatları göndərə biləcək. ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi iqtisadi embarqonun davam etməsi səbəbindən rouminqə görə hesablaşmalar dollar deyil, digər valyuta üzrə həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR