Bakı. Şəhriyar Əlizadə - APA. Ali Məhkəmədə narkotik vasitələrin qanunsuz yolla əldə olunması və saxlanılmasında təqsirləndirilən İsmayıl Kazımovun kassasiya şikayətinə baxılıb.
İ. Kazımovun vəkili Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin edərək İ. Kazımovun barəsində bəraət hökmü çıxarıb.
Qeyd edək ki, İ. Kazımov Yasamal rayon Məhkəməsinin hökmü ilə 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən verilən apellyasiya şikayəti qismən təmin olunaraq cəzası 2 ilə endirilib.
İ. Kazımov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə və ya saxlama) maddəsinə əsasən ittiham olunur.