Nigeriyada məsciddə partlayış olub, 27 nəfər ölüb, 96 nəfər yaralanıb - VİDEO

Nigeriyada məsciddə partlayış olub, 27 nəfər ölüb, 96 nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 23 oktyabr 2015 19:11 (UTC +04:00)

Bakı-APA. Nigeriyanın Yola şəhərində məsciddə baş verən partlayış nəticəsində 27 nəfər ölüb, 96 nəfər yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Adamava ştatının paytaxtında qeydə alınan partlayışı terrorçu-kamikadze törədib.

Bu, gün ərzində Nigeriyada törədilən sayca ikinci terror aktıdır. Səhər saatlarında Borno ştatının inzibati mərkəzi Mayduquridə terrorçu-kamikadze özünü partladıb. Hadisə nəticəsində 28 nəfər ölüb.

Partlayışlara görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR