“Kapital Bank” “Hamıya Kredit” adlı yeni aksiya keçirir

“Kapital Bank” “Hamıya Kredit” adlı yeni aksiya keçirir
# 20 oktyabr 2015 09:15 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Kapital Bank”dan əmək haqqı və təqaüd kartı olmayan müştərilərə də kreditlər verilməsinə başlanıb.

APA-Economics”in vediyi xəbərə görə, “Kapital Bank” böyük məmnuniyyətlə “Hamıya Kredit” adlı yeni kredit məhsulunu təqdim edir.

Müştərilər 15 000 manatadək krediti 1% komissiya ilə bankın 1 saylı Səbail, 2 saylı Nəsimi, 1 saylı Xətai, 2 saylı Nizami və Rabitə filiallarından əldə edə bilər. Sərfəli şərtlərlə 36 ay müddətinədək təklif edilən kredit məhsulunun illik faiz dərəcəsi 27,02%-dən başlayır. Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) isə 29% təşkil edir. Yaşı 18-dən 65-dək olan Azərbaycan vətəndaşları yeni kredit növündən yararlana bilərlər. Şərtlərə görə, kredit əldə etmək üçün “Kapital Bank”ın əmək haqqı və ya təqaüd kartı olan müştərinin zaminliyi tələb olunur.

Kredit üzrə ödənişlər annuitet qaydasına əsasən, aylıq bərabər hissələrlə həyata keçirilir. Müştərilər kredit ödənişini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminalları vasitəsilə də həyata keçirə bilərlər. Borcları həmçinin “Kapital Bank”ın filiallarında və pay.kapitalbank.az saytında ödəmək mümkündür.

“Hamıya kredit” məhsulu haqqında daha ətraflı məlumat əldə etmək üçün www.kapitalbank.az saytına, 196 nömrəli sorğu mərkəzinə və bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR