Lerikdə 18 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb

Lerikdə 18 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb
# 04 noyabr 2015 07:07 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Vizəzəmin kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1997-ci il təvəllüdlü Elmir İlqar oğlu Səfərov mal-qarasını örüşdən gətirərkən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə elektrik cərəyanı onu vurub. Hadisə şahidləri dərhal E.Səfərovu evinə çatdırıblar. Müvafiq tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR