Malena Mard: "Arif Yunus barəsində qətimkan tədbirinin dəyişdirilməsi qərarını alqışlayıram"

Malena Mard: "Arif Yunus barəsində qətimkan tədbirinin dəyişdirilməsi qərarını alqışlayıram"
# 13 noyabr 2015 07:56 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Bakı Apellyasiya Məhkəməsinin tarixçi və insan hüquqları sahəsi üzrə fəal Arif Yunus barəsində qətimkan tədbirinin dəyişdirilməsi və humanist əsaslarla onun ev dustaqlığına buraxılması qərarını alqışlayıram”.

Avropa İttifaqının Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, bu sözləri nümayəndəliyin rəhbəri Malena Mard deyib. “Bu, sevindirici hal və müsbət humanist əməldir. Bu irəliləyişin davam edəcəyinə ümid edirəm. Ümumiyyətlə, Avropa İttifaqı Azərbaycanla müvafiq dialoq və əməkdaşlığı daha da dərinləşdirməyə və genişləndirməyə hazırdır", - deyə Malena Mard qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR