AFFA-nın İcraiyyə Komitəsinə ikinci namizədin adı müəyyənləşib

AFFA-nın İcraiyyə Komitəsinə ikinci namizədin adı müəyyənləşib
# 23 fevral 2016 14:16 (UTC +04:00)

Bakı – APA. AFFA-nın İcraiyyə Komitəsinə ikinci namizədin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, assosiasiyanın vitse-prezidenti Rauf Əliyev hazırda yer aldığı İcraiyyə Komitəsinə yenidən namizəd göstərilib.

Onun namizədliyini AZAL klubu irəli sürüb. 4 il əvvəl keçirilən son seçkidə namizədliyi “Neftçi” tərəfindən verilən Əliyev bu dəfə “təyyarəçilər”i təmsil edəcək. Belə ki, sonuncular 2012-ci ildə namizədliyini irəli sürdükləri Kazbek Tuayevdən imtina ediblər.

Məlumatı əməkdaşımızla söhbətində klubun vitse-prezidenti Fikrət Hüseynov da təsdiqləyib: “Doğru məlumatdı. Biz Kazbek Tuayev deyil, Rauf Əliyevin namizədliyini irəli sürməyə qərar vermişik. Bunu fevralın 25-də AFFA-ya rəsmi müraciətdə təsdiqləyəcəyik. Namizədimizi dəyişməyimizin səbəbi isə belə istəməyimizlə bağlıdı”.

Qeyd edək ki, AZAL-a qədər “Sumqayıt” da İcraiyyə Komitəsinə namizədini açıqlamışdı. “Gənclik şəhəri” təmsilçisi Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun namizədliyini irəli sürəcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR