Pentaqon Rusiya ilə hərbi əməkdaşlıqdan imtina edib

Pentaqon Rusiya ilə hərbi əməkdaşlıqdan imtina edib
# 26 dekabr 2015 04:04 (UTC +04:00)

Bakı-APA. Rəsmi Moskva Bəşər Əsədlə bağlı mövqeyini dəyişməsə, Pentaqon Rusiya ilə əməkdaşlıq etməyəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Mişel Baldansa bəyan edib.

“Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Hələ ki Moskva diqqətini İŞİD-lə mübarizəyə cəmləşdirmək əvəzinə Bəşər Əsədə dəstək göstərir, hər hansı bir əməkdaşlıqdan söz gedə bilməz”, deyə M.Baldansa bildirib.

Qeyd edək ki, dekabrın 25-də Rusiya Baş Qərargahının Operativ idarəsinin rəisi Sergey Rudskoy bəyan etmişdi ki, Moskva Suriyada terrorçuların obyektlərinə dair məlumatlarla bölüşməyə hazırdır və rəsmi Vaşinqtondan eyni hərəkəti gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR