Burkina-Fasoda baş verən yol qəzası nəticəsində 22 nəfər ölüb

Burkina-Fasoda baş verən yol qəzası nəticəsində 22 nəfər ölüb
# 28 noyabr 2015 01:25 (UTC +04:00)

Bakı-APA. Burkina-Fasoda baş verən yol qəzası nəticəsində 22 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Burkina-Fasoda hökuməti açıqlama yayıb.

Qəza ölkənin cənub-qərbində baş verib. Naməlum səbəbdən sərnişin mikroavtobusunun bənddən suya düşdüyü bildirilir.

“22 nəfər boğularaq ölüb, 8 nəfər xəsarət alıb. Hadisənin səbəbləri müəyyənləşdirilir”, açıqlamada deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR