Tovuzda 7 yaşlı oğlanı maşın vurub

Tovuzda 7 yaşlı oğlanı maşın vurub
# 09 oktyabr 2015 07:29 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məluma görə, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonunun Qaraxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakini, 2008-ci il təvəllüdlü Elcan Qasımov yolu keçmək istəyərkən Ramın adlı sürücünün idarə etdiyi “VAZ 2107” markalı avtomobillə vurulub. Qəza nəticəsində 7 yaşlı oğlan ağır bədən xəsarətləri alaraq əvvəlcə Tovuz Mərkəzi rayon xəstəxanasına oradan isə Bakıdakı xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR