Narkomanlıqla mübarizə sahəsində yeni aksiya keçirilir

Narkomanlıqla mübarizə sahəsində yeni aksiya keçirilir
# 15 iyun 2016 10:03 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu yeni aksiya həyata keçirir.

APA-nın məlumatına görə, Dövlət Komissiyasının sədri Əli Həsənovun tapşırığı ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan yeni sosial rolik iyunun 13-dən etibarən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 450 dayanacağında yerləşən avtobus informasiya terminal monitorlarında işıqlandırılır.

Məqsəd ictimai maarifləndirmə tədbirlərinin əhatəsini genişləndirmək, narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirini artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR