"Caspian Development Bank" müştərilərə "Yenisinə dəyiş" konseptini təqdim edir

"Caspian Development Bank" müştərilərə "Yenisinə dəyiş" konseptini təqdim edir
# 04 dekabr 2015 07:19 (UTC +04:00)

Bakı - APA-Economics. "Caspian Development Bank (CDB)" ASC müştərilərə "Yenisinə dəyiş" konseptini təqdim edir.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, konseptin məqsədi müştərilərə bank sahəsi ilə əlaqəli bütün xidmət və məhsulları yenisinə dəyişmək təklifi etməkdir. "Shamans Creativ" agentliyi ilə birgə hazırlanmış "Yenisinə dəyiş" konseptində “Avtomobil krediti”, “İpoteka krediti”, “Mikro kredit”, “Nağd kredit”, “Təmir krediti”, “Sürətli pul köçürmələri”, “Ödəniş kartları” və sair xidmət və məhsul növləri yer alıb.

Yeni yaranmasına baxmayaraq, CDB artıq bir çox yeniliklərə imza atıb. “Yenisinə dəyişin” konsepti də məhz bu yeniliklərin davamıdır. Bu konseptlə bank keyfiyyətli, operativ xidmət, müştəri məmnunluğu ilə yanaşı həmçinin bank sahəsində bir çox yeniliklər vəd edir.

2016-cı ildə bank öz məhsul və xidmətlərini məhz bu konsept altında ictimaiyyətə təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, “Caspian Development Bank (CDB)” ASC 1988-ci ildə “Universal Bank” Kommersiya Bankı kimi Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş ilk banklardan biridir. 24 sentyabr 2001-ci il tarixdə bankın adı dəyişilərək "Kövsər Bank"ASC, 26 yanvar 2015-ci il tarixdə isə “Caspian Development Bank (CDB)” ASC adı altında yeni lizensiya alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR