Nazir: "Türkiyə enerji mənbələrini diversifikasiya etməlidir"

Nazir: "Türkiyə enerji mənbələrini diversifikasiya etməlidir"
# 22 sentyabr 2016 09:37 (UTC +04:00)

Bakı - APA-Economics. "Türkiyə enerji mənbələrini diversifikasiya etməlidir". "APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu bu ölkənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak Nyu-Yorkda təşkil olunan VIII Türkiyə İnvestisiya Konfransında bildirib.

Ölkəsinin strateji regionda yerləşdiyini deyən nazir bildirib ki, rəsmi Ankara region ölkələri ilə fərqli sinergiya qurmaq niyyətindədir.

"Türkiyə ildə 50 milyard kubmetr qaz istehlak edir və bu göstəriciyə görə dünyada lider ölkələrdəndir. Tələbatımızın 50%-dən çox bir ölkənin hesabına ödənilir. Buna görə, alternativ mənbələrin tapılmasına ehtiyacımız var. Bu baxımdan ölkəmiz Rusiya, Azərbaycan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, İran və Qətər kimi karbohidrogen ehtiyatları zəngin olan ölkələrlə strateji əlaqələr qurub", - deyə B. Albayrak qeyd edib.

Onun sözlərinə görə, Türkiyə Avropa üçün on illərdir etibarlı tərəfdaş qismində çıxış edir: "Düzdür, hazırda ikitərəfli münasibətlərimiz çətin dönəmə daxil olub. Lakin bu çətinlikləri aradan qaldırmaq iqtidarındayıq. Rasional və praqmatik olmalıyıq. Xüsusilə, enerji sahəsində elə bir əməkdaşlıq qurmalıyıq ki, hər bir tərəf qazansın".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR