Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 13 Noyabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 13 Noyabr - <span style="color: red;">VİDEO
# 13 noyabr 2015 17:16 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

İranda Azərbaycana türklərinin keçirdiyi aksiyaların miqyası genişlənir. Prosesin kütləvi hal almasında bir neçə faktor önəmli rol oynayır. Birinci və önəmli faktor münaqişənin kökündə etnik kimlik məsələsinin dayanmasıdır. Ölkənin ən çoxsaylı toplumunu türk olduğuna görə təhqir etmək ən yumşaq şəkildə desək təxribatdır və keçirilən aksiyaları bu təxribata adekvat reaksiyadır. İkinci faktor uzun illərdir Qərbin tətbiq etdiyi sanksiyaların topluma təsiridir. İnsanlar bahalaşma, milli valyutanın dəyərdən düşməsi, gəlirlərin azalması kimi məsələləri daha açıq formada hiss edir və bu sosial etirazları gücləndirir. Toplumun etirazını ifadə etməsi üçün sadəcə bəhanə lazımdır və türklərin təhqir olunması bu bəhanəyə rəvac verib. Üçüncü faktor ölkədə nə qədər ört-basdır edilsə də, siyasi qüvvələr arasında qarşıdurmanın açıq forma almasıdır. İranda ABŞ-la yaxınlaşmanın tərəfdarları qədər əleyhdarları da var və onlar hər vəchlə bu razılaşmanın pozulması üçün bütün vasitələrdən istifadə edirlər. Türklərin təhqir olunmasını hansısa ssenaristin, yaxud aktyorun ayağına yazmaq sadəlövhlükdür. Çünki bu təhqir ciddi senzura altında olan dövlət televiziyası vasitəsilə edilib. Demək ki, bu, ölkədə dövlət televiziyasına nəzarət imkanı olan qüvvələrin məqsədyönlü planıdır. O qüvvələr iğtişaşlar yaratmaq üçün hansı damara basmaq lazım olduğunu yaxşı bilirlər. Lakin ölkədə irqçilik üzərindən siyasət yürütməyin hansı fəsadlara gətirib çıxaracağını da bilirlərmi? BU sualın cavabını hadisələrin gedişi göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR