Canelidze: “Regional münaqişələr sülh yolu ilə həll edilməlidir”

Canelidze: “Regional münaqişələr sülh yolu ilə həll edilməlidir”
# 25 mart 2016 10:39 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Regiondakı bütün münaqişələr ancaq sülh yolu ilə həll edilməlidir”.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanda rəsmi səfərdə olan Gürcüstanın xarici işlər naziri Mixael Canelidze Edvard Nalbandyanla keçirdiyi birgə brifinqdə deyib. “Biz regional münaqişələri də müzakirə etdik və bu nəticəyə gəldik ki, bütün münaqişələr ancaq sülh yolu ilə həll edilməlidir”, - deyə M. Canelidze bildirib.

Xarici siyasət vektorlarının müxtəlif olmasına baxmayaraq, Ermənistan və Gürcüstan arasında tərəfşdaşlığın inkişaf etməsindən məmnunluğunu vurğulayan M. Canelidze Ermənistan xarici işlər nazirini Gürcüstana səfərə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR