Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb

Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb
# 23 oktyabr 2015 13:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-130, Kiçik Qafqazın çaylarında 150-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-30 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə oktyabrın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 122 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 208 m3/s olmaqla ongünlük normanın 126 faizini təşkil edib.


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 125 m3/s olmaqla, ongünlük normanın 136 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 60 m3/s təşkil edərək ongünlük normanın 65 faizinə bərabər olub.

Oktyabrın 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Araz çayının Novruzlu məntəqəsində 13 sm artım, Şirvanda 4, Bankədə 10 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 382 sm (2014-cü il oktyabrın 23-də 284 sm), Şirvanda 251 sm (2014-cü il oktyabrın 23-də 118 sm), Salyanda 224 sm (2014-cü il oktyabrın 23-də 80 sm), Bankədə 185 sm (2014-cü il oktyabrın 23-də 158 sm), Araz çayının Novruzlu məntəqəsində isə 93 sm (2014-cü il oktyabrın 23-də 22 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR