Müəllif Hüquqları Agentliyinin Kollegiyasının tərkibi dəyişib

Müəllif Hüquqları Agentliyinin Kollegiyasının tərkibi dəyişib
# 14 sentyabr 2016 16:25 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibi haqqında” qərarda dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən Müəllif Hüquqları Agentliyinin Kollegiya üzvlərinin sayı artırılaraq 5 nəfərdən 6 nəfərə qaldırılıb.

Müəllif Hüquqları Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Rövşən Nəsirov kollegiyanın üzvü olub. Digər dəyişilik Müəllif Hüquqları Agentliyinin əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayət Həsənovun vəzifədən çıxarılması və onun yerinə Nadirə Bədəlbəylinin təyin edilməsi ilə bağlıdır. N. Bədəlbəyli X. Həsənovun yerinə kollegiya üzvü seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR