Manat əksər xarici valyutalara nisbətən bahalaşıb

Manat əksər xarici valyutalara nisbətən bahalaşıb
# 14 sentyabr 2016 07:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 9-u ilə müqayisədə 0,8% azalaraq 1,6390 manat olub.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,54% zəifləyərək 1,8398 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası ötən günlə müqayisədə 1,56% azalaraq 0,0252 manat səviyyəsinə düşüb.

Türkiyə lirəsinin məzənnəsi 0,83% azalaraq 0,5496 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1632 manatdır. Beləliklə, funt sterlinq 1,03%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,08% azalaraq 0,7095 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR