Beynəlxalq Miqrasiya Təşkilatının yüksək səviyyəli konfransı başlayıb

Beynəlxalq Miqrasiya Təşkilatının yüksək səviyyəli konfransı başlayıb
# 26 oktyabr 2015 11:33 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın BMT və Cenevrədəki digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi Beynəlxalq Miqrasiya Təşkilatının Miqrasiya və Şəhərlərlə bağlı Cenevrədə keçirilən yüksək səviyyəli konfransında iştirak edir.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın BMT və Cenevrədəki digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin rəhbəri Murad Nəcəfbəyli özünün “Twitter” səhifəsində məlumat paylaşıb.

Qeyd edək ki, konfrans çərçivəsində miqrantlar və şəhərlərlə bağlı problemlərin qarşısının alınması və inkişaf imkanlarının artırılması yolları müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR