MSK-da qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı 426-ya çatıb

MSK-da qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı 426-ya çatıb
# 22 oktyabr 2015 15:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Müşahidəçilər üçün seçki məntəqələrində yüksək səviyyədə şərait yaradılacaq”.


APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov deyib. M. Pənahov bildirib ki, MSK-da qeydiyyatdan keçən müşahidəçilərin sayı artıq 426-ya çatıb: “33 beynəlxalq təşkilatdan olan bu müşahidəçilər 46 ölkəni təmsil edirlər. Dairələrdə qeydiyyatdan keçənlərin sayı isə 55 min 242 nəfərdir”.

MSK sədri seçki məntəqələrində “veb-kamera”ların quraşdırılmasını da yüksək qiymətləndirərək, bütün məntəqələrdə seçki günü elektrik enerjisinin kəsilməməsi üçün tədbirlər görüldüyünü qeyd edib: “Bütün addımlar atılıb ki, məntəqələrdə kameralar vaxtında quraşdırılsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR