Bakının iki rayonunun qaz təchizatı məhdudlaşdırılır

Bakının iki rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 10 iyun 2016 07:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakı şəhəri Binəqədi və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllədə yerləşən 630 mənzilli yaşayış binasına çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, orta təzyiqli qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə iyunun 10-da saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Sulutəpə və Çiçək qəsəbələri ərazisində, Xətai rayonunun K. Kərimov və M. Davud küçələri ətrafında, kənd Əhmədli ərazisində və Həzi Aslanov yaşayış massivi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR