Kamran Şahsuvarlı: “Özümə inanıram”

Kamran Şahsuvarlı: “Özümə inanıram”
# 16 avqust 2016 03:24 (UTC +04:00)

Bakı-APA. Rio-2016 Yay Olimpiya Oyunlarında yarımfinala yüksələrək ən az bürünc medalı təmin edən boks yığmamızın üzvü Kamran Şahsuvarlı (75 kq) görüşdən sonra fikirlərini bildirib.

Apasport.az saytının məlumatına görə, o, əsas hədəfinin qızıl medal olduğunu bildirib.

“İnanın ki, hələ indi də təəccüb içindəyəm. Sanki yuxudayam. İnana bilmirəm ki, mən bunu eləyə bildim. Bura kimi gəldiyim üçün şükür edirəm. Ancaq hər idmançının əsas arzusu Olimpiya çempionu olmaqdı. Ona görə də sona qədər çalışacam. Özümə inanıram. Bir də burdan klubuma – “Qəbələ” İdman Klubuna və 3 müəllimimə təşəkkür etmək istəyirəm”, deyə Kamran Şahsuvarlı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR