Mingəçevirdə oğurluq edən qohumlar tutulub

Mingəçevirdə oğurluq edən qohumlar tutulub
# 26 mart 2018 11:10 (UTC +04:00)

Mingəçevirdə oğurluqda təqsirləndirilən şəxslər tutulub.

DİN Mətbuat Xidmətinin Şəki şəhərində regional qrupundan APA-nın yerli bürosuna bildirilib ki, ötən il avqustun 7-də Mingəçevir şəhər sakini Əflatun Hüseynov şəhər polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus ayaqqabı sexindən oğurluq edilməsi barədə məlumat verib.

Məlumatla əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları hadisə yerində olub, müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər. Araşdırmalarla sexdən ümumi dəyəri 3100 manat dəyərində olan ayaqqabı qəliblərinin oğurlandığı müəyyən edilib. Həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri Firdovsi Mustafayev, qardaşı Vüqar, əmisi oğlu Teymur və Tural Mabudov saxlanılıblar. Dindirilmə zamanı həmin şəxlər törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR