Gəncədə yol-nəqliyyat hadisəsi baş verib

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib
# 25 dekabr 2019 23:23 (UTC +04:00)

Gəncə şəhərinin Üzeyir Hacıbəyov küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, 20-CB-185 dövlət nömrə nişanlı, “QAZ-31” markalı minik maşını 20-EF-357 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobillə toqquşub.

Qəza zamanı “QAZ 31”-də olan qadın həyacandan huşunu itirib. Hadisə yerinə Təcilli Tibbi Yardım birqadası və DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR