Qorxmaz Ağayev: "Coffee House Azerbaijan"a adiyyatım yoxdur" - YENİLƏNİB

Qorxmaz Ağayev: "Coffee House Azerbaijan"a adiyyatım yoxdur" - <span style="color: red;">YENİLƏNİB
# 16 noyabr 2016 08:36 (UTC +04:00)

"Mənim "Coffee House Azerbaijan" MMC-yə adiyyatım yoxdur". Bunu "APA-Economics"ə açıqlamasında Qorxmaz Ağayev bildirib.

"Coffee House" Azərbaycan şirkətinə françayzinq verib. Mən bu brendi ölkəmizə gətirən yaxın şəxslərə hüquqi şəxsin yaradılmasında məsləhətlər vermişəm və şirkətin direktoru deyiləm. "Coffee House Azerbaijan" MMC-nin direktoru Ceyhun Quliyevdir", - deyə Q. Ağayevin adından redaksiyamıza daxil olan məlumatda deyilir.

Qeyd edək ki, "APA-Economics" Q. Ağayevin "Coffee House Azerbaijan" MMC-nin direktoru olduğunu yazmayıb. "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan məlumatda qeyd edilib ki, Q. Ağayev Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınan "Coffee House Azerbaijan" MMC-nin qanuni təmsilçisidir.

Həmin xəbərlə daha ətraflı aşağıda tanış ola bilərsiniz.

*** SAAT 09:58

Vergilər Nazirliyi “Coffee House Azerbaijan” MMC-ni dövlət qeydiyyatına alınıb.

APA-Economics”in “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalı 10 manatdır.

MMC-nin qanuni təmsilçisi Ağayev Qorxmaz Siracəddin oğludur.

Qeyd edək ki, Qorxmaz Ağayev "Bank VTB (Azərbaycan)" ASC-nin Müşahidə Şurasının üzvüdür. O, “AtaHolding” ASC-nin hüquq departamentinin müdiridir. Q.Ağayev 2015-ci ilin yanvarından 2016-cı ilin fevralınadək isə "Caspian Development Bank" ASC-nin Müşahidə Şurasının üzvü olub. Bankir həmçinin Azərbaycanda nümayəndəlik açmış "AzMont İnvestments" MMC-nin qanuni təmsilçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR