"Bank Silk Way" aktivlərini 37% azaldıb

"Bank Silk Way" aktivlərini 37% azaldıb
# 14 aprel 2017 08:45 (UTC +04:00)

"Bank Silk Way" ASC 2017-ci ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. "APA-Economics" xəbər verir ki, 2016-cı illə müqayisədə bu ilin ilk 3 ayında bankın aktivləri 36,6% azalaraq 237,855 mln. manat olub.



Hesabat dövründə bankın kredit portfeli 5,67% artaraq 372,551 mln. manat təşkil edib.

Bankın depozit portfeli 12,6% artaraq 163,870 mln. manat təşkil edib. Əhalinin əmanətlərinin həcmi isə 9,2% artaraq 138,823 mln. manatdır. Öhdəliklərin həcmi isə hesabat dövrünün sonuna 282,704 mln. manat təşkil edib.

Bankın nizamnamə kapitalı dəyişməyərək 101 mln. 544,89 min manat, məcmu kapitalı 0,22% artaraq 112 mln. 825 min manat olub.

Hesabat dövründə bankın gəlirləri 10,703 mln. manat, xərcləri isə 8,400 mln. manat olub.


"Bank Silk Way" I rübü 2 mln. 35 min 170 manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR