ABŞ-da turist qayığı çevrilib, ölənlər var

ABŞ-da turist qayığı çevrilib, ölənlər var
# 20 iyul 2018 04:38 (UTC +04:00)

ABŞ-da, Missuri gölündə turist qayığı çevrilib.

APA-nın “Fox” telekanalına istinadən verdiyi xəbərə görə, qəza zamanı qayığın göyərtəsində azı 30 nəfər olub.

İlkin məlumata əsasən, hadisə nəticəsində 6 nəfər ölüb, xəsarət alanların xəstəxanaya çatdırıldığı bildirilir.

İnsidentin digər təfərrüatları hələ ki, məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR