Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
# 12 dekabr 2016 06:54 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.

APA-nın məlumatına görə, prezident İlham Əliyev Heydər Əliyev məzarı önünə əklil qoyub.

Sonra dövlət himni səslənib.

Prezident və ailə üzvləri akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Ziyarətdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu gün Heydər Əliyevin vəfatından 13 il keçir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR