Cənubi Koreya prezidenti Pxençxanda KXDR-in formal rəhbəri ilə görüşəcək

Cənubi Koreya prezidenti Pxençxanda KXDR-in formal rəhbəri ilə görüşəcək
# 05 fevral 2018 03:41 (UTC +04:00)

Cənubi Koreya prezidenti Mun Çje In Pxençxanda, Qış Olimpiya Oyunlarının açılış mərasimində KXDR-in formal rəhbəri, ölkənin Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim Yon Namla görüşəcək.

APA-nın məlumatına görə, bu barədə “Rönhap” agentliyi Cənubi Koreya liderinin administrasiyasına istinadən xəbər verib.

“Təkbətək görüşün keçirilməsinin mümkünlüyü müzakirə olunur”, məlumatda deyilir.

Qeyd edək ki, Kim Yon Nam Qış Olimpiya Oyunlarında Şimali Koreya nümayəndə heyətinə başçılıq edəcək. Qış Olimpiya Oyunları fevralın 9-dan 25-dək Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR