Azərbaycandan Rusiyaya qızıl-zinət əşyalarının keçirilməsinin qarşısı alınıb

Azərbaycandan Rusiyaya qızıl-zinət əşyalarının keçirilməsinin qarşısı alınıb
# 21 dekabr 2016 11:17 (UTC +04:00)

Azərbaycan gömrük orqanlarının əməkdaşları 610 qram qızıl-zinət əşyaları aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Azərbaycan istiqamətindən Rusiya istiqamətinə gedən Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Aparılan yoxlama zamanı onun üzərindən - əynindəki gödəkcənin ciblərindən gömrük nəzarəti zamanı bəyan edilməmiş 610 qram qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR