Gömrükçülər külli miqdarda "Metadon" həbləri müsadirə ediblər

Gömrükçülər külli miqdarda "Metadon" həbləri müsadirə ediblər
# 25 yanvar 2018 11:02 (UTC +04:00)

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Afsharı Mahdı Mahmoudalıya məxsus çantaya gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı çantadakı şəffaf selofan paketdən 48 ədəd və çantadakı şalvarın cibindən isə 1 ədəd olmaqla, gömrük nəzarətinə bəyan olunmayan ümumilikdə 49 ədəd açıq qəhvəyi rəngli, üzərində "F/M20" yazısı olan "Metadon" adlı həblər aşkar edilib.

Qeyd edək ki, Metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin"in II Siyahısına daxildir və 49 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,98 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR