Azərbaycan və Yaponiya arasında birbaşa aviareys açıla bilər

Azərbaycan və Yaponiya arasında birbaşa aviareys açıla bilər
# 28 iyul 2017 09:04 (UTC +04:00)

Bakıda Azərbaycan və Yaponiyanın mülki aviasiya administrasiyaları arasında danışıqlar keçirilib.

Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ilk dəfə aparılan danışıqların gedişində tərəflər Azərbaycan və Yaponiya arasında müntəzəm reyslərin açılması məsələsini müzakirə ediblər. Nümayəndə heyətləri təyin olunmuş aviaşirkətlərə birbaşa sərnişin və yük reyslərini yerinə yetirmək, həmçinin kodlardan birgə istifadə haqqında müqavilələr bağlamaq hüququnun verilməsi barədə razılıq əldə ediblər.

Dostluq şəraitində keçən görüşə Azərbaycan və Yaponiya aviaşirkətlərinin nümayəndələri də qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR