Atatürk Mərkəzində Yunus Oğuzun kitablarının təqdimatı keçirilib

Atatürk Mərkəzində Yunus Oğuzun kitablarının təqdimatı keçirilib
# 15 iyul 2015 11:24 (UTC +04:00)

Bakı - APA. Atatürk Mərkəzində yazıçı Yunus Oğuzun kitablarının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, yazıçının “Sultan Alp Arslan”, “Pyeslər- Attila, Altun dəftər, Nadir şah”, rus dilində çap olunan “Attila”, “Şah arvadı və cadugər" və Sabir Bəşirovun Yunus Oğuzun yaradıcılığı haqqında yazdığı “Elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti” kitabları oxucuların ixtiyarına verilib.

Təqdimat mərasimində çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, tarixi faktların işıqlandırılması baxımından tarixi romanların yazılmasına ehtiyac var: “Yunus Oğuz kitablarında Azərbaycan tarixi, Azərbaycanın böyük sərkərdələri ilə bağlı vacib məsələlərə toxunur, onların həyatını, fəaliyyətini bədii materiala çevirərək oxucuların ixtiyarına verir. Yazıçı öz məhsuldar yaradıcılığı ilə son illərdə bir neçə roman nəşr etdirib və bu romanlar ədəbi ictimaiyyət, oxucular tərəfindən maraqla qarşılanıb”.

Milli Məclisin deputatı Musa Qasımlı Y. Oğuzun yaradıcılığını yüksək qiymətləndirərək bildirib ki, müəllifin təqdim olunan əsərləri tarixi məqamları öyrənmək baxımından böyük əhəmiyyət daşıyır.

Bakı Dövlət Universitetinin professoru Şamil Vəliyev, professor Firudin Cəlilov, yazıçı Elçin Hüseynbəyli, tədqiqatçı Etibar Babayev və başqaları Y. Oğuzun yaradıcılığı haqqında fikirlərini bildirib, kitablar haqqında təəssüratlarını bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR