Bu il Azərbaycan buğda idxalını artırıb

Bu il Azərbaycan buğda idxalını artırıb
# 09 mart 2018 11:22 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 37 mln. 843,92 min ABŞ dolları dəyərində 215 319,44 ton buğda idxal edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 89 291,91 ton və ya 70,85% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 14 mln. 234,27 min dollar və ya 60,29% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 23 mln. 609,65 min dollar dəyərində 126 min 027,53 ton buğda idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-fevral aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 2,61%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR