Şəki şəhərinin Baş Göynük kəndində ümumi sahəsi 400 m² olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın zirzəmisində taxta tullantıları 120 m² sahədə yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.