Alman futbolçunun “Qalatasaray”a transferi ləğv edilib - VİDEO

Alman futbolçunun “Qalatasaray”a transferi ləğv edilib - <span style="color: red;">VİDEO
# 02 sentyabr 2015 21:03 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, buna səbəb “Qalatasaray”ın lazımi sənədləri gərəkli vaxtdan 48 saniyə gec göndərməsi olub.

İstanbul klubu daha sonra FİFA-ya etiraz etsə də bu dəfə imza çatışmağlığı səbəbindən klubun etirazı da qəbul edilməyib və transfer baş tutmayıb.

Məsələ ilə bağlı Dortmund cəbhəsindən də açıqlama gəlib. Almanlar rəsmi internet saytından aşağıdakı açıqlamanı yayıblar:

“Oyunçunun Türkiyəyə transferi baş tutmayıb. “Qalatasaray”ın etirazları da bir nəticə verməyib. Bununla belə, türklər FİFA-nın icazəsi olmadan da transferin həyata keçməsini istədilər, klubumuz da bunu qəbul etdi”.

Bunun nəticəsi olaraq isə, Qrosskroyts “Qalatasaray”la məşqlərə çıxıb, toplanışlarda iştirak etsə də, yanvar ayınadək oyunlarda forma geyə bilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR