Estoniyalı deputat: “Seçici fəallığının şahidi olduq”

Estoniyalı deputat: “Seçici fəallığının şahidi olduq”
# 12 aprel 2018 09:33 (UTC +04:00)

“Seçkilərdə bütün vətəndaşlar öz hüquqlarında istifadə edərək namizədlərinə sərbəst şəkildə səs verirdilər”.

APA-nın məlumatına görə, bunu Bakıda keçirilən mətbuat konfransında Estoniya müşahidə missiyasının üzvü, estoniyalı deputat Denis Baroniç deyib.

O qeyd edib ki, səsvermə zamanı müşahidə apardıqları məntəqələrdə seçici fəallığının şahidi olub: “Əlbəttə, bu, çox yaxşı haldır. Müşahidələrimə əsasən deyə bilərəm ki, seçki prosesi zamanı heç bir qanun pozuntusunu olmadı. Beynəlxalq müşahidəçilər bütün prosesi şəffaf olaraq izləyə bilirdilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR