Tovuzda minik və yük avtomobilləri toqquşub

Tovuzda minik və yük avtomobilləri toqquşub
# 11 dekabr 2017 12:25 (UTC +04:00)

Tovuzda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhərinin girişində baş verib. “Mercedes” markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində “Mercedes”də olan sərnişin, rayonun Abulbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Rübabə Qasımova bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR