Qaradağda qəzada xəsarət alan şəxs xəstəxanada ölüb

Qaradağda qəzada xəsarət alan şəxs xəstəxanada ölüb
# 14 avqust 2017 10:11 (UTC +04:00)

Bakının Qaradağ rayonunda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada ölüb. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, avqustun 11-də Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qəsəbə sakinləri Razi Əliyevin idarə etdiyi “Shacman” və Elvin Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində E. Məmmədov xəsarət alıb. O avqustun 13-də yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR